Bank Of Baku

Marneulidə “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabının təqdimat mərasimi keçirilib – FOTO

Marneulidə “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabının təqdimat mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 09 may 2011 15:27 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Mayın 9-da Marneuli İdman Sarayında Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva iştirakçılara kitab haqqında ətraflı məlumat verərək Azərbaycan və Gürcüstanın dost və qardaş ölkələr kimi getdikcə möhkəmlənən tarixi dostluğundan, siyasi-iqtisadi əlaqələrindən ətraflı söhbət açıb.

Q. Paşayeva deyib ki, Azərbaycan və Gürcüstan müstəqillik əldə edəndə iki ölkə arasında münasibətlər gərgin olub: “Bizim soydaşlarımız o zamanlar çox əziyyət çəkirdilər. Heydər Əliyevin hakimiyyətə gəlişi soydaşlarımızın həyat şəraitinin dəyişməsinə zəmin yaratdı. Heydər Əliyev Gürcüstana çatdırdı ki, bizim birliyimizin, münasibətlərimizin yaxşılaşması Gürcüstanın, eləcə də burada yaşayan soydaşlarımızın rifahına və inkişafına gətirib çıxaracaq. Bu kitab gürcü və Azərbaycan dillərində nəşr olunub. Bunu gürcü ictimaiyyəti də oxumalıdır. Çünki Heydər Əliyevin uzaqgörən siyasəti Gürcüstan üçün də inkişaf və firavanlıq gətirib”.

Tədbirdə Marneuli rayon icra hakimiyyəti başçısı Zaza Dekonoidze, onun azərbaycanlı müavini Heydər Musayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, parlamentin keçmiş deputatları Ramiz Bəkirov və Hidayət Hüseynov, Azərbaycanın Gürcüstandakı keçmiş səfiri Hacan Hacıyev, QMİ-nin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev və başqa şəxslər də çıxış ediblər.

Elə həmin Gün Marneuli Mədəniyyət Evində Heydər Əliyevin doğum gününə həsr edilən konsert keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR