Bank Of Baku

ABŞ-dakı Azərbaycan və türk diasporu Konqresdə “erməni soyqırımı” haqqında qətnamənin qəbuluna qarşı kampaniyaya başlayıb

ABŞ-dakı Azərbaycan və türk diasporu Konqresdə “erməni soyqırımı”  haqqında qətnamənin qəbuluna qarşı kampaniyaya başlayıb
# 10 may 2011 09:03 (UTC +04:00)
Diaspor bu qərara ermənipərəst konqresmen Adam Şifin (Adam Schiff) Nümayəndələr Palatasında “erməni soyqırımı” qətnaməsi, Ermənistanın Türkiyə tərəfindən blokadası, Türkiyədə kilsə mülkiyyətinin və milli azlıqların hüquqları ilə bağlı çıxışından sonra gəlib.

ABŞ-da yaşayan azərbaycanlılar və türklər bu təkliflərə qarşı mübarizə aparacaqlarını bəyan ediblər.

Azərbaycan və türk diaspor təşkilatları konqresmenləri “erməni soyqırımı” qətnaməsinin müzakirəsini bərpa etməməyə səsləmək üçün əlindən gələni edəcək.

“Bu qətnamə dünyanın heç bir yerində sülh və sabitliyə töhfə verməyəcək, gərginlikləri artıracaq, ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcək, bu qətnamə həmin dövrdə erməni silahlı qruplaşmalarının əlində olan türk və müsəlmanların vəziyyətinə məhəl qoymur, iqtisadi əlaqələrə Qafqaz, Mərkəzi Asiya, Anadolu və Yaxın Şərqdə ABŞ-ın milli təhlükəsizlik maraqlarına ciddi ziyan vurur,” deyə Azərbaycan diasporunun üzvləri APA-ya bildiriblər.

Azərbaycan və türk diaspor təşkilatları günahsız insanlara qarşı olan bu zorakılıq aktlarını pisləyir və bu faciələri böyük kədər hissi ilə xatırlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR