Bank Of Baku

İnquşetiyada küçələrdən birinə Heydər Əliyevin adı verilib

İnquşetiyada küçələrdən birinə Heydər Əliyevin adı verilib
# 10 may 2011 12:11 (UTC +04:00)
Bakı-APA. Rusiya Federasiyasının İnquşetiya Respublikasının hərbi şan şəhəri olan Malqobek şəhərinin küçələrindən birinə Heydər Əliyevin adı verilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Bu barədə qərarı Ümumrusiya Azərbaycanlıları Konqresinin Şimali Qafqaz Federal dairəsi üzrə nümayəndəliyinin müraciətini nəzərdən keçirən Malqobek Şəhər Sovetinin deputatları qəbul edib. Deputatlar Heydər Əliyevin Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin güclənməsi istiqamətində gördüyü xidmətlərinə görə bu qərarı verdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR