Bank Of Baku

Vaşinqtonda Heydər Əliyevin doğum günü ilə bağlı geniş tədbir keçirilib

Vaşinqtonda Heydər Əliyevin doğum günü ilə bağlı geniş tədbir keçirilib
# 11 may 2011 08:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın ABŞ-dakı səfirliyi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Discovery Science” kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajının rəsmi təqdimat mərasimini keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, təqdimatda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünə layiq yer tutması üçün Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışıb.
Səfir Heydər Əliyevin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd edib və “Discovery Science” kanalı kimi nüfuzlu bir KİV-in bu inkişafı işıqlandırmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Sözügedən reportajın aparıcısı və prodüseri Daniel Forster öz çıxışında, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın parlaq gələcəyə yönəlmiş səylərindən, ölkədə aparılan quruculuq işlərindən çox mütəəssir olduğunu bildirib, Heydər Əliyev Mədəniyyət Mərkəzinin və “Atəş Qüllələr”inin unikal səciyyə daşıdığını qeyd edib. Sonra reportaj nümayiş etdirilib.
Reportaj səfirlik tərəfindən DVD şəklində çoxaldılaraq tədbir iştirakçıları arasında paylanıb. Qonaqlar, həmçinin Heydər Əliyevin ABŞ-a səfərlərinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Təqdimat mərasimində ABŞ Dövlət Departamenti, Müdafiə və Enerji nazirliklərinin əməkdaşları, alim və ekspertlər, KİV nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR