Bank Of Baku

Hyustonda Firəngiz Əlizadənin operasının premyerası keçirilib

Hyustonda Firəngiz Əlizadənin operasının premyerası keçirilib
# 11 may 2011 09:57 (UTC +04:00)
Bakı-APA. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə “Houston Grand Opera”nın səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “Adın Dənizdir” (“Your Name Means the Sea”) operasının premyerası olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, altı musiqiçinin səsləndirdiyi və dörd ifaçının oxuduğu 30 dəqiqəlik operada amerikalı gənc qız, rəssam Denise (Azərbaycan dilində “Dəniz” mənası verir və bundan sonra belə adlandırılacaq) ilə azərbaycanlı gənc müğənni Seymur arasında olan məhəbbətdən, onların sevgisinin və sənətinin etnik və dini fərqlərin yaratdığı problemlərin öhdəsindən gələ bilmək iqtidarında olmasından bəhs olunur.
Dənizin partiyasını Hyustonlu soprano Lora Botkin, atasını isə amerikalı bariton Con Pakkard, Seymurun partiyasını tenor Babək Niftəliyev, anasını isə messo-soprano-soprano, Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova ifa edib.

Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin Azərbaycanın milli musiqisi ilə müasir dövrün musiqisini məharətlə sintez etməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Amerika mətbuatı Firəngiz Əlizadənin stilindən bəhs edərək onun şərqin modal baxışlarını qərbin konstruktiv elementlərinə rahat şəkildə keçən iki ayrı dünyaya aid musiqini cəsarətlə sintez etdiyini vurğulayıb.
F. Əlizadənin “Adın Dənizdir” operası mayın 24-ü və 26-da ABŞ-ın daha iki səhnəsində tamaşaçıların diqqətinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR