Bank Of Baku

Berlindəki Türk Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Berlindəki Türk Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 11 may 2011 10:03 (UTC +04:00)
Bakı-APA. Berlində fəaliyyət göstərən Türk Evində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya daxil olan məlumata görə, Berlin Atatürkçü Düşüncə Dərnəyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çoxsaylı Türk və Azərbaycan diaspora nümayəndələri iştirak edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyənin Almaniyadakı Böyük Elçiliyinin əməkdaşları və başqa mötəbər qonaqlar da tədbirə qatılıblar.
Tədbiri açan Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzinin (AKKM) icraçı direktoru Samira Patzer-İsmayılova və Atatürkçü Düşüncə Dərnəyinin (ADD) başqanı Olcay Başeymez iştirakçıları salamlayıblar. Tədbirdə səfir P. Şahbazov “Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin önəmi və rolu” adlı məruzə ilə çıxış edib. O, məhz Heydər Əliyevin iradəsi və gərgin səyləri nəticəsində iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini və ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Sonra Avropa Azərbaycanlılarının Konqresinin sədri Bahəddin Qaya və Almaniya Bundestaqının keçmiş üzvü, Türkiyə Azərbaycan Birliyinin sədri professor Hakkı Kəskin Heydər Əliyev barədə öz fikirlərini bölüşüb və onun iki ölkə arasındakı münasibətlərə verdiyi töhfə barədə fikirlərini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR