Bank Of Baku

Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ictimaiyyət və QHT nümayəndələri ilə görüşüb

Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ictimaiyyət və QHT nümayəndələri ilə görüşüb
# 12 may 2011 11:25 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ictimaiyyət və QHT nümayəndələri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ombudsman Georgi Tuquşinin də qatıldığı görüşə gürcü, Azərbaycan, osetin, aysor, latış, erməni və digər millətlərin nümayəndələri iştirak edib. Qubernator yerli əhalinin və etnik azlıqların problemləri ilə maraqlanıb.
Bir neçə azərbaycanlı QHT nümayəndələri bəzi Azərbaycandilli məktəblərin təmirə ehtiyacı olduğunu, məktəblərin fəaliyyətinin əsassız şəkildə bağlanması və digər məktəblərə birləşdirilməsi, yaşlı azərbaycanlı müəllimlərin işdən azad edilməsi və hələ də onların yerinə azərbaycanlı kadrların yerləşdirilməməsi məsələlərini qaldırıblar. Qubernator bu məsələlərin həllinə çalışacağını bildirib. Ombudsman G. Tuquşi isə belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR