Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu prezident Obama və konqresmenləri Azərbaycanın Respublika Gününü qeyd etməyə çağırıb

ABŞ-dakı Azərbaycan diasporu prezident Obama və konqresmenləri Azərbaycanın Respublika Gününü qeyd etməyə çağırıb
# 13 may 2011 07:47 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-dakı Azərbaycan diasporu müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyasının 93 illiyi münasibətilə ABŞ-ın seçkili orqanlarının rəsmi şəxslərinə bülletenlər göndərməyə başlayıb. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bülletenlərdə deyilir ki, mayın 28-də Amerika və bütün dünyada yaşayan azərbaycanlılar müsəlman dünyasında ilk dünyəvi demokratiyanın, Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 93-cü ildönümünü qeyd edəcəklər: “Mövcud olduğu 23 ay ərzində, 1920-ci il aprelində başlamış bolşevik işğalından əvvəl, ADR dünyəvi demokratik institutlar - parlament və seçilmiş çoxpartiyalı hökumət qurdu və ölkənin Millətlər Liqası tərəfindən tanınmasına nail oldu. Azərbaycan demokratiyasının digər başlıca nailiyyətlərindən biri də 1919-cu ildə qəbul edilmiş seçki hüququ haqqında qanun idi. Bu qanun qadınlara da seçki hüququ verir (qeyd etmək lazımdır ki, ABŞ-dan əvvəl) və etnik, irqi və dini mənsubiyyətindən asılı olmayaraq bütün millətlərin mülki bərabərliyini müəyyən edirdi. Biz Prezident Obamaya və bizim bütün seçkili nümayəndələrimizə müraciət edərək, Mayın 28-də Azərbaycanın Respublika Gününü qeyd etməyə və müsəlman dünyasında ilk dünyəvi demokratiyanı Azərbaycanın tarixi uğuru kimi tanımağa çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR