Bank Of Baku

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz keçirəcək

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz keçirəcək
# 16 may 2011 08:54 (UTC +04:00)
Bakı – APA, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi 22 may hadisələrinin 5-ci ildönümü münasibətilə mayın 23-də İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, piketi keçirməkdə əsas məqsəd 2006-cı il mayın 22-də Təbriz şəhərində milyonlarla Azərbaycan türkünün “İran” adlı dövlət qəzetində təhqir edilərək hamam böcəyinə bənzədilməsinə etiraz əlaməti olaraq küçələrə çıxmasının ildönümünü qeyd etməkdir.

Aksiyada DAK-ın Azərbaycan Nümayəndəliyi adından beynəlxalq təşkilatlara və İran adlanan yerin siyasi hakimiyyətinə müraciətlər təqdim ediləcək. Müraciətlərdə Azərbaycan türklərinin fars şovinist rejimi tərəfindən davamlı olaraq təhqir edilməsi, öz tarixi torpaqlarından zorla çıxarılması, təhdidlərlə ölkədən çıxarılması, qondarma ittihamlarla həbs edilməsi, milli fəalların həbsxanalarda insanlığa sığmayan işgəncələrə məruz qalması və həbs müddətləri bitmiş Azərbaycan türklərinin hələ də azadlığa buraxılmamaları və s. məsələlər əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR