Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu Amerika Xalqının Milli Muzey Koalisiyasına qoşulub

ABŞ-dakı Azərbaycan diasporu Amerika Xalqının Milli Muzey Koalisiyasına qoşulub
# 17 may 2011 09:51 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-dakı Azərbaycan diasporu Amerika Xalqının Milli Muzey Koalisiyasına qoşulub. Bu barədə APA-nın Vaşinqton müxbirinə diaspor üzvləri məlumat verib.

Qeyd edək ki, bu koalisiya 2009-cu ilin yanvarında yaradılıb. Muzeyin missiyası amerikan xalqının yaranması haqqında məlumatların artırılması və yayılması, bununla bağlı yaranan sualları əks etdirməkdən ibarətdir. Muzey amerikalıların mədəniyyətinin müxtəlifliyini və zənginliyini işıqlandıracaq.

Bu günə qədər, Amerikada 130-dan çox diaspor bu koalisiyaya qoşulub.

“Bizim əcdadların miqrasiyası və immiqrasiyası ilə bağlı məlumatlar diqqəti cəlb edəcək. Bu Amerika xalqının yaranması ilə bağlı bütün tarixi əks etdirən yeganə milli qurum olacaq”. Bu fikirləri Amerika Xalqının Milli Muzey Koalisiyasının direktoru, ABŞ Holokost Memorial Muzeyinin təqaüdə çıxmış federal əməkdaşı Sem Eşkenazi (Sam Eskenazi) bildirib.

Azərbaycan-Amerika Şurası Azərbaycan icmasını Azərbaycan əsilli amerikalıların da irsini və tarixini əks etdirəcək layihənin həyata keçirilməsini dəstəkləməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR