Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həsr olunmuş tədbir keçirilib

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həsr olunmuş tədbir keçirilib
# 18 may 2011 10:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Gürcüstanda yaşayan soydaşlarımızın bu günü və sabahı” forumunun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həsr olunmuş tədbirdə çıxış edən yazıçı-publisist Eyvaz Borçalı soydaşlarımızın üzləşdikləri çətinliklərdən danışıb: “Biz Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb öz problemlərimizi demişik. O da bildirdi ki, bütün problemlər həll olunmalıdır. Gürcüstandakı Azərbaycan kəndlərinin çoxunun adı dəyişdirilib. Borçalı adını tarixdən siliblər. Amma daşnak Stepan Şaumyanın adını daşıyan qəsəbənin adı dəyişdirilməyib. Gürcüstan Azərbaycandan qaz, elektrik enerjisi alır. Orada ən çox vergi ödəyən şirkət Azərbaycanın Dövlət Neft Şirkətidir. Lakin erməni kəndlərinə qaz çəkilir, Azərbaycan kəndlərinə isə yox. Biz bu məsələni də səfirə söylədik. O da dedi ki, Gürcüstanda qazlaşma işini ARDNŞ həyata keçirir. Bütün Azərbaycan məktəblərinə gürcü direktorlar təyin olunub. İndi də din məsələsini ortaya atıblar. Allahşükür Paşazadənin bu məsələ ilə bağlı son bəyanatı gecikmiş bir bəyanatdır. Bu cür işlərin qarşısını vaxtında almaq lazım idi”.

Tədbirdə çıxış edən professorlar Hidayət Nuriyev və Adilxan Abdullayev də Borçalı türklərinin problemlərindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR