Bank Of Baku

Vaşinqtonda Ağ Evin qarşısında 28 may - Respublika Günü münasibətilə tədbir keçirilib - FOTO

Vaşinqtonda Ağ Evin qarşısında 28 may - Respublika Günü münasibətilə tədbir keçirilib -<font color=red> FOTO</font>
# 30 may 2011 08:38 (UTC +04:00)
Bakı - APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) Vaşinqtonda (ABŞ) 28 may - Respublika Günü münasibətilə tədbir keçirib.

ASAİF-dən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd gözəl bayram günündə ABŞ-da olan azərbaycanlı gənclərin şəbəkələşməsini təmin etmək, onları bir amal və məqsəd ətrafında birləşdirmək olub.

ABŞ-ın müxtəlif universitetlərində təhsil alan 30-dan çox azərbaycanlı gənc Ağ Evin önündə Azərbaycanın dövlət himnini oxumaqla tədbirə başlayıb. Azərbaycan bayraqları ilə birlikdə himni ifa edən gənclər daha sonra ətrafda olan yüzlərlə amerikalıya və dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara Azərbaycan haqqında məlumat verərək, onlara ölkəmizi tanıdan broşür və bukletlər paylayıblar. Bir saata yaxın davam edən tədbirdən sonra gənclər şam yeməyinə qatılıblar.

Qeyd edək ki, tədbir ASAIF-in ABŞ forumuna hazırlıq əhəmiyyəti daşıyıb. Bu tip silsilə tədbirlər ASAIF tərəfindən dünyanın müxtəlif ölkələrində təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR