Bank Of Baku

Moskva Dövlət Linqvistika Universitetində 28 May - Respublika Günü qeyd olunub

Moskva Dövlət Linqvistika Universitetində 28 May - Respublika Günü qeyd olunub
# 30 may 2011 08:33 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Moskva Dövlət Linqvistika Universitetində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzində keçirilən tədbirdə universitetin prorektorları, dekanları, müəllim və tələbələri iştirak ediblər.

Mərkəzin rəhbəri, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və İslam Şərqində ilk demokratik respublika olmasından danışıb. Sonra universitetin Azərbaycan dilini öyrənən tələbələri 28 May - Respublika Günü ilə bağlı Azərbaycan dilində çıxış ediblər.

Daha sonra həmin tələbələrin hazırladığı “Biz səni sevirik Azərbaycan” adlı film nümayiş olunub. Filmdə Moskva Dövlət Linqvistika Universitetinin tələbələrinin Azərbaycana səfərindən və universitetdə Azərbaycanla bağlı keçirdiyi tədbirlərdən süjetlər, həmçinin Azərbaycan dili dərsinin keçirilməsi prosesi yer alıb.

Tədbirin sonunda qonaqlara universitetin Azərbaycan dilini öyrənən rus tələbələri tərəfindən hazırlanan Azərbaycan mətbəxinin gözəl nümunələri təqdim olunub. Bundan başqa, mərkəz tərəfindən universitetin foyesində 28 May - Respublika Günü ilə əlaqədar fotosərgi də təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR