Bank Of Baku

28 May - Respublika Günü Avstraliyada qeyd edilib - FOTO

28 May - Respublika Günü Avstraliyada qeyd edilib - <font color=red>FOTO</font>
# 31 may 2011 07:21 (UTC +04:00)
Sidney. Elmin İbrahimov - APA. Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirib. APA-nın Sidneydəki müxbirinin məlumatına görə, yeni açılmış “Nar” restoranında Azərbaycan – Avstraliya - Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan və Türk diasporlarının nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb.
Tədbirdə Azərbaycanın tarixi və 1918 - 1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib. Tədbirdə 1918-ci ildə ölkə parlamentinin qərarı ilə qadınlara seçki hüququ verilməsi ilə Azərbaycan qadınlara kişilərlə bərabər siyasi hüquqların verilməsi sahəsində nəinki şərqdə ilk, həm ABŞ (1920), Britaniya (18-28), Fransa (1944) kimi ölkələri qabaqlayaraq qərb ölkələri arasında da ilk sıralarda yer aldığı qeyd olunub.
Daha sonra iştirakçılar Azərbaycan Demokratik Respublikasının uğurları, yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yol, Ermənistan-Azərbaycan Dağlıq münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və digər mövzular ətrafında müzakirə aparılıb.
Tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli mətbəx nümunələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR