Bank Of Baku

İğdırda Azərbaycanın milli bayramı qeyd olunub

İğdırda Azərbaycanın milli bayramı qeyd olunub
# 31 may 2011 09:32 (UTC +04:00)
Bakı – APA. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır şəhərindəki seçki bürosunda MHP-nin millət vəkilliyinə namizədləri Sinan Oğan, Gündüş Günəş və MHP-nin İğdır vilayət təşkilatının rəhbəri Cahit Erol Azərbaycanın milli bayramı – Respublika Gününü mətbuat konfransı keçirməklə qeyd ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Erol çıxışında 93 il əvvəl Azərbaycanda ilk türk respublikasının əsasının qoyulduğunu, Məhəmməd Əmin Rəsulzadənin apardığı mücadilə nəticəsində yaradılmış Azərbaycan Demokratik Respublikasının türk dünyasının gözünün nuru olduğunu bildirib.

İğdırdan millət vəkilliyinə namizəd Sinan Oğan Azərbaycanın Respublika Gününün illərdən bəri Azərbaycanın mövqeyini dəstəkləyən MHP-nin seçki bürosunda qeyd olunmasının təsadüf olmadığını bəyan edib: “Bizlər İğdırda yaşayan Azərbaycan türkləriyik və bu bayramın bizim üçün əhəmiyyəti çox böyükdür. Bizim idealımız Türk dünyasıdır. Bizim idealımız 2023-cü ildə partiyamız tərəfindən də qarşıya məqsəd olaraq qoyulan lider ölkəyə çevrilməkdir. Bizim idealımız Qarabağın işğaldan azad olunmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR