Bank Of Baku

Avstriyanın ’die Presse’ qəzetində Azərbaycanın əmlak bazarına həsr edilmiş məqalə dərc olunub

Avstriyanın ’die Presse’ qəzetində Azərbaycanın əmlak bazarına həsr edilmiş məqalə dərc olunub
# 01 iyun 2011 07:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avstriyanın ən tanınmış qəzetlərindən olan ’die Presse’də Azərbaycanla bağlı məqalə dərc olunub. APA-nın məlumatına görə, məqalənin müəllifi Avstriyanın Lansky, Ganzger + Partner şirkətində hüquqşunas vəzifəsində çalışan Qələndər Bağırovdur. Məqalənin əsas məqsədi avstriyalı investorlara və eləcə də “die Presse” qəzetinin bütün oxucularına Azərbaycan və ölkənin əmlak bazarında gedən proseslər barədə məlumat vermək, ölkənin imicini yüksəltməkdir. Sözügedən məqalədə müəllif Azərbaycanın daşınmaz əmlak sektorundan, eləcə də ölkənin investisiya yatırılması üçün nə qədər əlverişli yer olduğundan, ölkəmizdə həyata keçirilən bir neçə iri həcmli layihələrdən söz açıb. O, Şahdağ Qış və Yay Turizm Kompleksi və “Baku White City” layihələrində hökümətin yerli investorlarla yanaşı, xarici investorlarında sərmayə yatırmasını gözlədiyini qeyd edib. Sözügedən məqalə ilə bu link vasitəsilə tanış olmaq olar: http://diepresse.com/home/immobilien/markt/663813/Aserbaidschan_Ein-neues-Gesicht-fuer-den

Qeyd edək ki, artıq neçə ildir Avstriyada çalışan Qələndər Bağırovun ötən il ’Fokus Immobilien’ jurnalında Azərbaycanın daşınmaz mülk bazarına həsr olunmuş başqa bir məqaləsi çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR