Bank Of Baku

Almaniyanın Giessen Universiteti Kitabxanasında Azərbaycan kitab bölümü açılıb

Almaniyanın Giessen Universiteti Kitabxanasında Azərbaycan kitab bölümü açılıb
# 01 iyun 2011 08:13 (UTC +04:00)
Bakı-APA. May ayında Almaniyanın Hessen əyalətinin Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsində Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan kitab bölümü açılıb. Bu bölümə 200-dən artıq müxtəlif mövzuda Azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində kitab təqdim edilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölmənin rəhbəri Bernhard Friedmanın Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciətindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə və onunla birgə əməkdaşlıqda adı çəkilən kitab bölümünün açılmasına qərar verilib. B. Friedmanın sözlərinə görə, universitetin rəhbərliyi Azərbaycana artan marağı və Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün universitetin nəzdində həmin ölkəyə aid kitab bölümünün açılmasını məqsədəuyğun sayıb və yardım üçün Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciət edib.

Frankfurt-Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova bildirib ki, universitetdə açılan yeni kitab bölümünün Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin alman və dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olacaq. Belə ki, Giessen Universitetində dünyanın 30-dan çox ölkəsindən gəlmiş gənc təhsil alır.
Kitab bölümünün açılış və kitabların təqdimatı mərasimində Frankfurt-Azərbaycan Cəmiyyətinin digər əməkdaşları, Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsinin rəhbəri B.Friedman və tələbələr iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR