Bank Of Baku

Almaniyadakı Azərbaycan diasporu müxtəlif ölkələrdən olan uşaqlar üçün tədbir keçirib

Almaniyadakı Azərbaycan diasporu müxtəlif ölkələrdən olan uşaqlar üçün tədbir keçirib
# 03 iyun 2011 08:00 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Maqdeburq şəhərində Sachsen-Anhalt vilayəti üzrə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə azərbaycanlı və Almaniyada yaşayan müxtəlif ölkələrdən olan uşaqların görüşü keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanı Sachsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. Azərbaycanlı uşaqlar digər ölkələrdən olan iştirakçılara Azərbaycana aid hədiyyələr təqdim edib, mahnılar oxuyublar. Hədiyyələr Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR