Bank Of Baku

Litvada “Azərbaycan Kino Gecəsi” keçirilib

Litvada “Azərbaycan Kino Gecəsi” keçirilib
# 06 iyun 2011 10:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Litvada təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər. APA-nın məlumatına görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Litvadakı səfirliyi və “Odlar Yurdu Təşkilatı” tərəfindən təşkil olunub. 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbirdə tələbələrimiz Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat ediblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev” və “Düyün” filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə qonaqların Azərbaycan milli şirniyyatlarını dadmaq fürsətləri olub. Sonda isə gələn qonaqlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.

Xatırladaq ki, Litvada təhsil almaq üçün Heydər Əliyev Fondu ilə Litva dövləti arasında bağlanmış müqaviləyə əsasən 20 nəfərə yaxın tələbə 2010-cu ilin sentyabr ayından buraya göndərilib. Onların bir qismi Vilnüs şəhərində, digərləri isə Kaunas şəhərində təhsil alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR