Bank Of Baku

İranda tanınmış publisist Səid Muğanlı həbs olunub

İranda tanınmış publisist Səid Muğanlı həbs olunub
# 09 iyun 2011 11:32 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının Quzey Azərbaycan Nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Muğanlı iyunun 5-də valideynlərinin yaşadığı Ərdəbil vilayətinin Muğan bölgəsinin Yelsu kəndindəki evlərində İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. S. Muğanlının evində axtarış aparılıb və ona məxsus kompüter, kitablar və digər şəxsi əşyalar götürülüb.

Qeyd edək ki, Səid Muğanlı Azərbaycan tükcəsində yazılan ədəbiyyat nümunələrini əski əlifbaya çevirərək İrandakı türklərin maariflənməsi işində aktiv iştirak edən şəxslərdən biridir. O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub. Bakıdan qayıtdıqdan sonra İranın dövlət quruluşuna xələl gətirə biləcək fəaliyyətdə ittiham olunaraq İran İnformasiya və Təhlükəsizlik Nazirliyi tərəfindən tutulub. Bir müddət sonra isə girov müqabilində sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR