Bank Of Baku

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi “Sarvan” folklor rəqs qrupuna gürcü milli rəqs geyimləri hədiyyə edib – FOTO

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi “Sarvan” folklor rəqs qrupuna gürcü milli rəqs geyimləri hədiyyə edib – <font color=red>FOTO</font>
# 11 iyun 2011 12:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. İyunun 10-da Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor qrupunun üzvləri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə “Sarvan” qrupunun üzvlərinə gürcü milli rəqs geyimləri təqdim edilib.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikoloz Rurua iki xalq arasında olan mədəni əlaqələr və dostluq haqqında danışıb: “Azərbaycan mədəniyyəti çox zəngindir, mədəniyyətin nümunələrindən biri də milli rəqslərdir. Gürcüstanda Azərbaycan xalq rəqslərinin təbliği ilə məşğul olan “Sarvan” folklor rəqs qrupunun fəaliyyəti ilə yaxşı tanışam. Gürcüstan vətəndaşları olan rəqs qrupunun üzvləri azərbaycanlılardır və bu gənc oğlan və qızlar Azərbaycan rəqsləri ilə yanaşı, gürcü rəqslərini də peşəkarlıqla ifa edirlər. Bu gün biz bu gəncləri sevindirmək istəyirik. Biz onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır və nazirlik adından qrup üzvləri üçün xüsusi hazırlanmış 24 dəst milli gürcü rəqs geyimlərini onlara hədiyyə edirik”.

Tədbirdə Gürcüstanın reinteqrasiya nazirinin azərbaycanlı müşavirləri Savalan Mirzəyev, Zairə Musayeva, Kvemo Kartli bölgə quberniyasının nümayəndəsi Nino Basiaşvili, gürcü və azərbaycanlı ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR