Bank Of Baku

Diasporla iş üzrə Dövlət Komitəsi mənşəcə azərbaycanlı olan şəxslərin Türkiyə Böyük Millət Məclisinə üzv seçilmələri barədə məlumat açıqlayıb

Diasporla iş üzrə Dövlət Komitəsi mənşəcə azərbaycanlı olan şəxslərin Türkiyə Böyük Millət Məclisinə üzv seçilmələri barədə məlumat açıqlayıb
# 13 iyun 2011 13:54 (UTC +04:00)
Bakı-APA. Türkiyədə keçirilən parlament seçkilərində üç nəfər Azərbaycan mənşəli Türkiyə vətəndaşı Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzv seçilib. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, onlar Milliyyətçi Hərəkat Partiyasının (MHP) İqdır millət vəkilliyinə namizədi Sinan Oğan, əslən İqdırdan olan, İstanbuldan millət vəkili seçilmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əli Özgündüz və namizədliyi Ədalət və İnkişaf Partiyasından (AKP) irəli sürülmüş Hacı Bayram Türkoğludur.
Qeyd olunub ki, Hataydan deputat seçilmiş AKP nümayəndəsi Hacı Bayram Türkoğlu Hatay Azərbaycan dərnəyinin başqanıdır. Onun rəhbərlik etdiyi dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR