Bank Of Baku

Erməni diasporu Obamaya məktub göndərərək növbəti seçkilərdə ona səs verməyəcəyini bəyan edib

Erməni diasporu Obamaya məktub göndərərək növbəti seçkilərdə ona səs verməyəcəyini bəyan edib
# 15 iyun 2011 08:04 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. Amerikalı azərbaycanlılar dostlarını və tərəfdarlarını erməni diasporunun “soyqırımı” kampaniyasına qarşı çıxmağa çağırıblar. Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir.

Məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama aprelin 24-də etdiyi müraciətdə 1915-ci il hadisələrini “soyqırımı” adlandırmayıb. Bu erməniləri qəzəbləndirib və onlar məyusluqlarını bildirmək üçün yeni kampaniyaya başlayıblar. Erməni diasporu B. Obamaya məktub göndərərək növbəti seçkilərdə ona səs verməyəcəyini bəyan edib.

Buna etiraz olaraq, Azərbaycan diasporu prezidentin ofisinə məktub göndərərək, 1915-ci ilin reallıqlarını izah edib. Azərbaycan diasporu bütün dostlarını və tərəfdarlarını bu aksiyaya dəstək verməyə çağırıb.

1915-ci il hadisələri iyunun 24-27-də Amerika Erməni Milli Komitəsinin (ANCA) konfransında da diqqət mərkəzində olacaq. Onlar yenidən bu hadisələri “soyqırımı” kimi qələmə verməyə cəhd edəcəklər. Bu məqsədlə ANCA “soyqırımı” və hərbi cinayətlər üzrə beynəlxalq ekspertləri konfransa dəvət edib.

Azərbaycan və türk diasporları ABŞ rəsmilərinə və mətbuatına göndərdikləri məktublarda bu cür cəhdləri ifşa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR