Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu prezident Obamaya, Konqresə və mətbuata müraciət edib

ABŞ-dakı Azərbaycan diasporu prezident Obamaya, Konqresə və mətbuata müraciət edib
# 15 iyun 2011 08:12 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. 20 İyun - Beynəlxalq Qaçqınlar Günü münasibətilə ABŞ-dakı Azərbaycan diasporu prezident Barak Obamaya, Konqresə və mətbuata məktub ünvanlayıblar. APA-nın Vaşinqton müxbirinin məlumatıma görə, məktubda bir milyondan çox azərbaycanlının 20 ildən artıqdır, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı bildirilir. Məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsi bir milyondan çox azərbaycanlını öz yurd yuvasından didərgin salıb, onlar evlərinə dönməyi arzulayırlar. Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycan iqtisadiyyatına 20 milyard dollar ziyan dəyib. İşğal Azərbaycanın mədəni irsinə də ciddi zərər vurub.
Azərbaycan-Amerika İcması və ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Obama Administrasiyasını və Konqresi ədaləti dəstəkləməyə, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və qaçqınların yurdlarına qayıtmasına yardım etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR