Bank Of Baku

Konqresmen: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynamalıdır”

Konqresmen: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynamalıdır”
# 15 iyun 2011 08:36 (UTC +04:00)
Bu sözlər Virciniyadan olan ABŞ Konqresmeni Ceyms Moranın Azərbaycan diasporuna ünvanladığı məktubdandır. Konqresmenin ofisindən APA-nın Vaşinqton müxbirinə verilən məlumata görə, o, məktubunda qeyd edib ki, kəskin maliyyə böhranına baxmayaraq, ABŞ büdcədən ayrılan xarici yardımlar barədə təkbaşına qərar verə və ehtiyacı olanlara yardımı azalda bilməz.

Konqresmen bildirib ki, Konqresdə xarici maliyyə yardımları ilə bağlı müzakirələr zamanı Azərbaycan diasporunun fikirlərini nəzərə alacaq.

“Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyam”, - deyə Konqresmen vurğulayıb.

Qeyd edək ki, Azərbaycan diasporu Konqresdən Azərbaycan kimi sülhsevər ölkələrə yardımı nəzərə alması, Dağlıq Qarabağda yaradılmış separatçı rejim kimi qurumlara maliyyə yardımını dayandırmağı xahiş edir. Erməni diasporu isə öz növbəsində 2012-ci ildə Ermənistana 50 milyon, Dağlıq Qarabağa isə 10 milyon dollar yardım ayrılmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR