Bank Of Baku

ABŞ Konqresinə uydurma “erməni soyqırımı” ilə yeni qətnamə layihəsi təqdim olunacaq

ABŞ Konqresinə uydurma “erməni soyqırımı” ilə yeni qətnamə layihəsi təqdim olunacaq
# 16 iyun 2011 08:00 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. ABŞ-dakı Azərbaycan və türk diasporları uydurma “erməni soyqırımı” ilə bağlı bu həftə ABŞ Konqresinə təqdim olunacaq yeni qətnamə layihəsinə etiraz olaraq kampaniyaya başlayıblar. APA-nın Vaşinqton müxbiri xəbər verir ki, Azərbaycan və türk diasporlarının əldə etdiyi məlumata görə, ermənipərəst qüvvələr Konqresə başqa qətnamə layihələri, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinə dair sənəd də təqdim etməyi planlaşdırırlar. Bu layihələr arasında bəzi tarixi binaların İstanbul erməni patriarxatına verilməsini tələb edən sənəd də var. Onlar bu binaların muzey və ya məscid kimi deyil, kilsə kimi fəaliyyət göstərməsini istəyirlər.

“Biz bu cür qətnamələrə etiraz edirik, çünki onların heç bir əsası yoxdur. Yaxşı olardı ki, ermənilər Dağlıq Qarabağda xarabalığa çevirdikləri tarixi abidələri xatırlasınlar”, - deyə ABŞ-dakı türk diasporunun nümayəndəsi Ümid Gültəkin bildirib.
Ermənilərin Konqresə təqdim etmək istədikləri qətnamə layihələri arasında Türkiyə və Azərbaycandan Ermənistanın blokadasını qaldırmağı tələb edən sənədin də olduğunu deyən Ü. Gültəkin əlavə edib ki, Azərbaycan və Türkiyənin tərəfində olan qüvvələr də Konqresə onların maraqlarını əks etdirən və ermənilərin iddialarına etiraz bildirən qətnamə layihələri təqdim etməyi planlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR