Bank Of Baku

Danimarkadakı “Vətən” Cəmiyyəti “İnteqrasiya günü” adlı tədbirdə iştirak edib - FOTO

Danimarkadakı “Vətən” Cəmiyyəti “İnteqrasiya günü” adlı tədbirdə iştirak edib - <font color=red>FOTO</font>
# 16 iyun 2011 13:37 (UTC +04:00)
Bakı-APA. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti ölkənin Hillerod şəhərində Frederiksberg Rodhusda “İnteqrasiya günü” adlı tədbirdə iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tədbir Danimarkada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyətlərinin öz dövlətlərinin tarixini, mədəniyyətini və incəsənətini təmsil və təqdim etmək məqsədi daşıyır.
Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də Azərbaycan torpaqlarının erməni işğalına məruz qalması, Qarabağa dair kitab və bröşürlər nümayiş etdirilib, tamaşaçı və qonaqlara milli kulinariyaya aid şirniyyatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR