Bank Of Baku

ABŞ-dakı türklər və azərbaycanlılar bu ölkənin Türkiyənin dini işlərinə müdaxiləsinə etiraz edirlər

ABŞ-dakı türklər və azərbaycanlılar bu ölkənin Türkiyənin dini işlərinə müdaxiləsinə etiraz edirlər
# 18 iyun 2011 09:27 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqton müxbirinə Azərbaycan diasporundan bildiriblər.

Mayın 24-də Senatın Konqresə təqdim etdiyi qətnamə Türkiyədən Konstitusiya və ölkənin dünyəvi qanunlarından kənar İstanbul ümumdünya patriarxlığına xüsusi imtiyazlar verilməsini tələb etməyi nəzərdə tutur.

Federal hökümət strukturunu xarici ölkənin dini işlərinə müdaxilə etməyə səsləyən qətnamə ABŞ-ın təməl prinsiplərinə və Konstitusiyasına ziddir.

Türklər və azərbaycanlılar 196 saylı qətnaməyə qarşı çıxaraq seçkili qurumların nümayəndələrinə və yerli mediaya “Pax Turcica Capwiz” sistemi çərçivəsində məktublar göndəriblər.

ABŞ-da yaşayan azərbaycanlılar və türklər bütün dostlarını və tərəfdarlarını kampaniyaya qoşulmağa çağırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR