Bank Of Baku

İran məhkəməsi tanınmış azərbaycanlı bəstəkarın polisə qarşı şikayətini rədd edib

İran məhkəməsi tanınmış azərbaycanlı bəstəkarın polisə qarşı şikayətini rədd edib
# 18 iyun 2011 14:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda tanınmış azərbaycanlı musiqi müəllimi, bəstəkar Həsən Dəmirçinin Şərqi Azərbaycan Vilayətinin Polis İdarəsinə qarşı şikayəti rədd edilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, Təbrizdə yaşayan H.Dəmirçi 2006-cı ilin may hadisələri zamanı saxlanılıb və Təbriz İnqilab Məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Lakin İran Ali Məhkəməsi birinci və ikinci məhkəmə instansiyalarının qərarını ləğv edib və musiqiçinin sərbəst buraxılmasına dair qərarı çıxarıb. H.Dəmirçi sərbəst buraxılsa da, onun musiqi məktəbi bağlanılıb. Azərbaycanlı musiqiçinin Şərqi Azərbaycan Vilayətinin Polis İdarəsinə qarşı yerli məhkəmə instansiyasında irəli sürdüyü şikayətdən 4 il keçəndən sonra iddiaçının şikayəti rədd edilib. Məhkəmə iddianın rədd edilməsini H.Dəmirçinin millətçi olması ilə əlaqələndirib.

Qeyd edək ki, H.Dəmirçi 40 ilə yaxındır Güney Azərbaycanda milli musiqi nəzəriyyəsindən dərs deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR