Bank Of Baku

Londondakı “Azərbaycan Evi”ndə mərhum telejurnalist Çingiz Mustafayevə həsr edilən xatirə gecəsi keçirilib

Londondakı “Azərbaycan Evi”ndə mərhum telejurnalist Çingiz Mustafayevə həsr edilən xatirə gecəsi keçirilib
# 20 iyun 2011 11:10 (UTC +04:00)
Bakı-APA. Londondakı “Azərbaycan Evi”ndə Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist Çingiz Mustafayevin ölümünün ildönümünə həsr edilmiş xatirə gecəsi keçirilib. Azərbaycanın Londondakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Britaniya ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və səfirlik əməkdaşları iştirak ediblər. Jurnalistin həyat və fəaliyyətindən bəhs edən, ANS televiziyasının hazırladığı və ötən il CNN televiziyasında yayımlanmış film nümayiş etdirilib. Səfir Fəxrəddin Qurbanov, BBC-nin keçmiş əməkdaşı, hazırda “Gruntlers Art” qrupunun üzvü, yazıçı-jurnalist Vladimir Videman, Avropa - Azərbaycan Cəmiyyətinin təmsilçisi Emil Ağazadə tədbirdə çıxış ediblər. Çıxışlarda jurnalistin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cərəyan edən hərbi əməliyyatların beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolu qeyd edilib.
Onun yeni jurnalistikanın yaradılmasına təsirindən bəhs olunub, Dağlıq Qarabağ müharibəsi, xüsusilə də Xocalı faciəsi haqda məlumatın ilk dəfə məhz onun səyləri nəticəsində yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı ifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR