Bank Of Baku

Nensi Pelosi ABŞ-dakı türk diasporu ilə görüşməyə razılıq verib

Nensi Pelosi ABŞ-dakı türk diasporu ilə görüşməyə razılıq verib
# 21 iyun 2011 08:24 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ Konqresində demokrat azlığın lideri, Kaliforniyadan olan konqresmen Nensi Pelosi ilk dəfə olaraq türk diasporunun üzvləri ilə görüşməyə razılıq verib. Bu barədə APA-nın Vaşinqton müxbirinə diaspor üzvləri bildiriblər.

Güclü ermənipərəst mövqeyi ilə tanınan və “erməni soyqırımı” iddialarını dəstəkləyən Pelosinin yaxın günlərdə türk diaspor üzvləri ilə görüşü gözlənilir.

“Baxmayaraq ki, biz onun müəyyən məsələlər üzrə öz mövqeyini dərhal dəyişəcəyini gözləmirik, amma bu görüş çox vacibdir. Bu, hətta bizim diasporlar üçün tarixi görüşdür”.
Türk diasporunun nümayəndəsi Mustafa Yılmaz APA-ya bildirib.

O qeyd edib ki, türk diasporu Nensi Pelosiyə Ermənistanın həmişə öz nöqteyi-nəzərindən təqdim etdiyi bir sıra məsələlərlə bağlı Türkiyə və Azərbaycanın mövqeyini çatdıracaq.

“Biz həmçinin onunla Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana vurduğu ziyan barədə danışacağıq. Biz həqiqətən də müəyyən anlaşmanın əldə olunacağına və gələcəkdə daha çox görüşlərin keçirilməsi imkanının olacağına ümid edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR