Bank Of Baku

ABŞ-dakı Azərbaycan və türk diasporları lobbiçilik fəaliyyətlərini genişləndirməyi qərara alıblar

ABŞ-dakı Azərbaycan və türk diasporları lobbiçilik fəaliyyətlərini genişləndirməyi qərara alıblar
# 21 iyun 2011 09:57 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqton müxbirinə diaspor üzvləri bildirib.

“Bəzən yerli senatlarda və nümayəndələr palatalarında maraqlarımızı təbliğ etmək daha asan olur”. Türk diasporunun nümayəndəsi Yunus Davaçı APA-ya bildirib.

“Xüsusilə, azərbaycanlıların və türklərin daha çox məskunlaşdığı yerlərdə yerli Konqres və Senatda təmsil olunmaq istəyənlərin irəli getməsinə kömək edə, bizim maraqlarımızı dəstəkləyəcək şəxslərə səs verə bilərik”.

“Əgər biz kiçik senat və nümayəndələr palatalarında qələbə qazansaq, daha böyük oyunda – ABŞ Konqresi və Senatda qələbə qazanmaq bizim üçün daha asan olacaq”. Bu sözləri Azərbaycan diasporunun üzvü Aslan Qərib bildirib.

Aslan Qərib və Yunus Davaçı Virciniya senatında keçiriləcək seçkiləri misal gətiriblər.
“Virciniya senatına seçkilər avqustun 23-də keçiriləcək, bu ştatda bizimkilər və onların tərəfdarları sıx məskunlaşıb, ümidvarıq ki, Virciniya Senatında bizim maraqlarımızı dəstəkləyən namizədlər təmsil olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR