Bank Of Baku

Vaşinqtondakı Qarabağ Fondu müxtəlif tədbirlər çərçivəsində Azərbaycan xalçalarını nümayiş etdirir - FOTO

Vaşinqtondakı Qarabağ Fondu müxtəlif tədbirlər çərçivəsində Azərbaycan xalçalarını nümayiş etdirir - <font color=red>FOTO</font>
# 21 iyun 2011 10:30 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, bu tədbirlər sırasında ABŞ-ın Azərbaycan əsilli tanınmış xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib. Tədbirdə Azərbaycanın dostu sayılan tanınmış musiqşünas Ceffri Verbax qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. 200-dək ziyarətçinin qatıldığı sərgidə 40-a yaxın xalça nümayiş olunub.

Qarabağ Fondu ABŞ-ın tanınmış Tekstil Muzeyinin hər il keçirdiyi festivalda da gözəl boyanmış Azərbaycan xalçalarını nümayiş etdirib. Səhnənin yaxınlığın qurulan Qarabağ Fondunun pavilyonunda Şərq xalçalarının hazırlanması və istehsalında Azərbaycanın vacib rolu haqqında amerikalı ziyarətçilər üçün təqdimat keçirilib. Bundan başqa Azərbaycan tələbələrinin “Ulduz” rəqs qrupu, “Kardelen” türk rəqs qrupu tərəfindən Azərbaycan rəqslərinin təqdimatı olub.

Fondun Direktoru Diana Altman bildirib ki, yaxın zamanlarda Qarabağ Fondu xalçaçılıq məktəbinin yaradılmasını nəzərdə tutan yeni layihə hazırlayacaq. Bu layihə çərçivəsində Qarabağın işğal olunmamış rayonlarından birində gənc xanımlar üçün xalçaçılıq məktəbi yaradılacaq. Daha sonra ABŞ Tekstil Muzeyi və xalçaçılıq təşkilatları ilə birlikdə bu məktəbdə hazırlanmış Qarabağ xalçaları ənənəvi olaraq geniş ictimayyətə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR