Bank Of Baku

Türk və Azərbaycan diasporları Massaçusetsin tarix dərsliklərində “erməni soyqırımı” ifadəsinin işlənməsinə etirazlarını bildiriblər

Türk və Azərbaycan diasporları Massaçusetsin tarix dərsliklərində “erməni soyqırımı” ifadəsinin işlənməsinə etirazlarını bildiriblər
# 23 iyun 2011 08:24 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. ABŞ-dakı türk və Azərbaycan diasporları Massaçusets ştatının orta məktəb tarix dərsliklərində 1915-ci il Osmanlı İmperiyasında baş verən hadisələrin “erməni soyqırımı” kimi təqdim olunmasına etirazlarını bildiriblər. Bu barədə APA-nın Vaşinqton müxbirinə diaspor nümayəndələri məlumat veriblər.
Türk və Azərbaycan diasporlarının bəyanatında deyilir ki, bu hadisələrin soyqırımı olub-olmaması tarixçilər tərəfindən araşdırılmalıdır. “Bu, tarix kitablarında şagirdlərdə müəyyən təəssürat yaradan real fakt kimi təsvir oluna bilməz”, - deyə bəyanatda bildirilir.
Diasporlar həmçinin Amerika Türk Assosiasiyaları Assambleyasının adından Massaçusets Qanunvericilik Məclisinin Təhsil Komitəsinə məktub göndərərək, H01064 qanunvericilik aktına düzəliş edilməsini və ABŞ hökuməti və BMT tərəfindən soyqırımı kimi tanınmayan hadisələrin tarix kitablarına daxil edilməməsini tələb ediblər.
“Osmanlı İmperiyasında erməni faciəsinin soyqırımı kimi təqdim olunması tarixən mübahisəli bir məsələdir. Osmanlı İmperiyası tarixinin tədqiqatçıları erməni məsələsini soyqırımı hesab etmirlər”, deyə türk və Azərbaycan diasporları bildirirlər.
Diasporlar bütün üzvlərinə və dostlarına müraciət edərək, onları dəstəkləməyə və məktub göndərməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR