Bank Of Baku

Amerikalı konqresmen Cerald Konnoli: “ABŞ Azərbaycan və türk diasporlarının narahatlıqlarını nəzərə alacaq “

Amerikalı konqresmen Cerald Konnoli: “ABŞ Azərbaycan və türk diasporlarının narahatlıqlarını nəzərə alacaq “
# 24 iyun 2011 08:12 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqton müxbirinə konqresmenin ofisindən məlumat veriblər.

“Seçicilərimi Konqresdə layiqincə təmsil etmək üçün onların fikirlərini və onları narahat edən məsələləri bilməyim vacibdir. Mən bu məsələni diqqətlə izləməkdə davam edəcəyəm və Konqres tərəfindən hər hansı bir tədbirin görülməsi lazım gələrsə, yardım edəcəyəm”. Konqresmenin diaspor nümayəndələrinə göndərdiyi məktubda belə deyir.

Konnolinin sözlərinə görə, Konqresin müzakirə etdiyi məsələlər sırasında Türkiyə və Azərbaycanla bağlı olan məsələlər də var və buna görə də həmin ölkələrin və onların diasporlarının rəyinin öyrənmək vacibdir.

Azərbaycan və türk diasporları konqresmenlərə məktub göndərərək Konqresdə Türkiyə ilə bağlı məsələlərin qaldırılması ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Bu məsələlərdən biri Türkiyədə dini işlərlə bağlı mümkün qətnamədir, digər bir məsələ isə bəzi kilsələrin ermənilərə qaytarılması ilə bağlıdır.

Azərbaycan və türk diasporları rəsmilərin və sıravi amerikalıların dəstəyinə nail olmağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR