Bank Of Baku

Həbs olunan Təbriz Universitetinin tələbəsi oxuduğu təhsil müəssisəsindən qovulub

Həbs olunan Təbriz Universitetinin tələbəsi oxuduğu təhsil müəssisəsindən qovulub
# 24 iyun 2011 13:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə apardığı üçün həbs olunan Təbriz Universitetinin tələbəsi Siyamək Kuşi oxuduğu təhsil müəssisəsindən çıxarılıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatından (GAMOH) APA-ya verilən məlumata görə, İranın dövlət quruluşu əleyhinə təbliğatda ittiham olunaraq 2011-ci il mayın 20-də saxlanılan azərbaycanlı tələbə universitetdən qovulub. Universitet rəhbərliyi S. Kuşinin ali məktəbdən çıxarılmasının səbəbini açıqlamaqdan imtina edib.
Qeyd edək ki, S. Kuşi ötən ay tutulub və o, İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR