Bank Of Baku

Almaniyada “Azərbaycan tədqiqatları” adlı illik məcmuənin IV cildi nəşr olunub

Almaniyada “Azərbaycan tədqiqatları” adlı illik məcmuənin IV cildi nəşr olunub
# 25 iyun 2011 07:55 (UTC +04:00)
Bakı - APA. Almaniyada “Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur” (“Azərbaycan tədqiqatları”) adlı illik məcmuənin 4-cü cildi nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Berlin şəhərində fəaliyyət göstərən Köster nəşriyyatında uğurlu nəşrindən sonra müəlliflər Mərdan Ağayev və Ruslana Süleymanova müxtəlif ölkələrdə yaşayan alim tədqiqatçılar tərəfindən çoxsaylı təbrik məktubları alıblar.

İllik məcmuənin bu nüsxəsinin də Almaniyanın və Avropanın müxtəlif universitet kitabxanalarının kataloq sistemlərində yerləşdirilməsi böyük nailiyyət hesab oluna bilər.

Kitabda Avropa və Azərbaycan tədqiqatçılarının Azərbaycanın iqtisadiyyatı, tarixi, dil və ədəbiyyatı ilə bağlı tədqiqat işlərinin nəşr olunmasını Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə ən yüksək səviyyədə çatdırmaq kimi dəyərləndirmək olar.

Qeyd edək ki, 214 səhifədən ibarət illik məcmuənin 4-cü cildində 10 elmi məqalə nəşr olunub. Alman dilində yazılmış və nəticəsi ingilis dilində verilən məqalələr 4 bölmədə yerləşdirilib: tarix, siyasət, cəmiyyət, dil və ədəbiyyat.

Məcmuənin redaksiya heyəti kitabda məqaləsi çap olunmuş müəlliflərə məcmuənin 1 nüsxəsini hədiyyə olaraq təqdim edib. Məcmuənin hər nüsxəsi Azərbaycan Respublikası Axundov adina Milli Kitabxanaya hədiyyə olaraq verilib.

Məcmuənin beşinci cildi 2012-ci ildə nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR