Bank Of Baku

Azərbaycan musiqisini Almaniyada təbliğ edən pianoçu medalla təltif olunub – FOTO

Azərbaycan musiqisini Almaniyada təbliğ edən pianoçu medalla təltif olunub – <font color=red>FOTO </font>
# 28 iyun 2011 07:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Almaniyadakı səfirliyində azərbaycanlı pianoçu, hazırda Almaniyada yaşayan Elnarə İsmayılovanın iştirakı ilə “Azərbaycan musiqisinin inciləri” adlı konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert Diplomatik Klubun və Azərbaycan səfirliyinin birgə əməkdaşlığı ilə təşkil edilib və Azərbaycan musiqisinin Almaniyada layiqli təbliğatçısı Elnarə İsmayılovanın fəxri medalla təltifinə həsr olunub.
Tədbiri Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov açaraq Azərbaycan mədəniyyəti və musiqisi haqqında qonaqlara məlumat verib. Daha sonra o, Essen Volkvanq Ali Məktəbinin piano fənni üzrə və Köln Ali Musiqi Məktəbinin fortepiano və vokal müşayiəti fənləri üzrə dosenti Elnarə İsmayılovanı qonaqlara təqdim edib və Almaniyada tanınmış sənətkarın incəsənət xadimi kimi fəaliyyətindən söhbət açıb.
Çıxışının sonunda Rərviz Şahbazov Azərbaycan musiqisini Avropada layiqincə təmsil edən Elnarə İsmayılovaya Azərbaycanın Mədəniyyət mükafatı – Bilik və maarifçilik cəmiyyətinin Yusif Məmmədəliyev adına fəxri medalını təqdim edib.
Elnarə İsmayılova layiq görüldüyü yüksək mükafat üçün təşəkkürünü bildirib və Azərbaycan bəstəkarlarının əsərlərini pianoda solo ifa edib. Pianoçunun ifası dinləyicilərin rəğbətinə səbəb olub. Konsertdə Azərbaycan səfirliyinin digər əməkdaşları, Almaniyada fəaliyyət göstərən və Diplomatik Klubun üzvü olan ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR