Bank Of Baku

Xocalı ilə qardaşlaşan Çexiyanın Lidiçe qəsəbəsinin adı verilmiş küçənin açılışı olacaq

Xocalı ilə qardaşlaşan Çexiyanın Lidiçe qəsəbəsinin adı verilmiş küçənin açılışı olacaq
# 30 iyun 2011 16:59 (UTC +04:00)
Bakı – APA. Çexiyanın Lidiçe qəsəbəsində Xocalı, Azərbaycanın Xocalı qəsəbəsində isə Lidiçe küçələri açılacaq. Azər-Çex Cəmiyyətindən APA-ya verilən məlumatına görə, iyulun 8-də Azərbaycanın Goranboy rayonunda, Xocalı köçkünləri yerləşən məntəqədə Lidiçe küçəsinin təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula, Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Goranboy və Xocalı icra hakimiyyəti başçıları iştirak edəcəklər.

İyulun 5-də Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov və Lidiçe Xatirə Kompleksinin nümayəndəsi Vladimir Kovaçik Dünya Azərbaycanlılarının qurultayına qatılmaq üçün Azərbaycana gələcəklər. Onlar Lidiçe küçəsinin açılışında iştirak edəcəklər.

Qeyd edək ki, erməni faşizminin məhv etdiyi Xocalı ilə Lidçenin taleləri bir-birinə çox bənzəyir. Lidçe də 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan olunub, şəhərin əhalisi isə məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR