Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycan diasporu artıq dünyada erməni mifini sındırıb”

Nazim İbrahimov: “Azərbaycan diasporu artıq dünyada erməni mifini sındırıb”
# 05 iyul 2011 07:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir. APA-nın məlumatına görə, ali tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlılarının III Qurultayının Azərbaycan xalqının tarixində çox mühüm yer tutacağını deyib. N. İbrahimov bildirib ki, Azərbaycan diasporu artıq tam formalaşıb, güclənib, fəaliyyət göstərdiyi ölkələrin siyasi həyatına təsir göstərəcək qüvvəyə çevrilib. “Azərbaycan diasporu III qurultaya tam formalaşmış, güclənmiş vəziyyətdə gedir. Diasporumuz dünyada erməni mifini artıq sındırıb”, - deyə DİDK sədri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR