Bank Of Baku

Elnur Aslanov: “Prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edəcək”

Elnur Aslanov: “Prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edəcək”
# 05 iyul 2011 09:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bu gün Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyətini həyata keçirən bir quruma çevrilib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. O bildirib ki, prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edə biləcək: “Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər. Son 10 il ərzində Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçib”.

E. Aslanov bəyan edib ki, Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret işlərin görülməsi üçün müəyyən strategiyanın hazırlanmasına xidmət edəcək. O qeyd edib ki, 50 milyonu təmsil edən azərbaycanlıların hamısı qurultayda iştirak edir: “Qurultayda Azərbaycanın ümumi maraqlarına xidmət edəcək və koordinasiyanı müəyyənləşdirəcək müzakirələr aparacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR