Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycan diasporunun fəaliyyəti hücum taktikası üzərində qurulub”

Nazim İbrahimov: “Azərbaycan diasporunun fəaliyyəti hücum taktikası üzərində qurulub”
# 05 iyul 2011 11:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Dünya Azərbaycanlılarının III Qurultayında çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
N. İbrahimov deyib ki, hazırda dünyada 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onun sözlərinə görə, bu təşkilatlardan 102-si Dünya Azərbaycanlılarının II Qurultayından sonra təsis edilib.

Komitə sədri Azərbaycan diasporunun fəaliyyətinin hücum taktikası üzərində qurulduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bu gün Azərbaycan diaspor təşkilatları türk dilli ölkələrin diasporları ilə əlaqələri sıxlaşdırır.

Qeyd edək ki, qurultayda Qırğızıstan parlamentinin sədri Ahmedbek Çeldibekov çıxış edib. Qırğızıstanda 20 mindən çox azərbaycanlının yaşadığını qeyd edən parlament sədri qurultay iştirakçılarını təbrik edib.

Daha sonra çıxış edən Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Gürcüstan prezidenti Mixail Saakaşvilinin qurultaya təbrik məktubunu oxuyub.

Qurultayda Türkiyəndən gələn qonaqlar, müxtəlif diaspor təşkilatlarının nümayəndələri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR