Bank Of Baku

Azərbaycan prezidenti bir qrup ictimai xadimə “Dostluq” ordeni və “Tərəqqi” medalını təqdim edib

Azərbaycan prezidenti bir qrup ictimai xadimə “Dostluq” ordeni və “Tərəqqi” medalını təqdim edib
# 05 iyul 2011 13:57 (UTC +04:00)
APA-nın məlumatına görə, öncə Azərbaycan prezidentinin təltif barədə 2011-ci il 4 iyul tarixli sərəncamı oxunub.

Daha sonra dövlət başçısı Başar Kömürə, Ertan Demirtaşa, İosif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova “Dostluq” ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə “Tərəqqi” medalını təqdim edib.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Sonda xatirə şəkli çəkdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR