Bank Of Baku

Nazim İbrahimov: “Diasporumuzun mərkəzləşdirilmiş bir təşkilatda fəaliyyət göstərməsi dəyərli ideyalardan biridir”

Nazim İbrahimov: “Diasporumuzun mərkəzləşdirilmiş bir təşkilatda fəaliyyət göstərməsi dəyərli ideyalardan biridir”
# 05 iyul 2011 15:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Hər ölkədə bir neçə diaspora təşkilatının olması müsbət haldır. Amma gələcəkdə ölkələr üzrə diasporumuzun mərkəzləşdirilmiş bir təşkilatda fəaliyyət göstərməsi də dəyərli ideyalardan biridir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov verib. O deyib ki, hər bir azərbaycanlı qurultayın müvəffəqiyyətlə keçirilməsinə sevinməlidir: “Qurultayın işində iştirak edənlər də, etməyənlər də gələcəkdə azərbaycançılıq yönündə fəaliyyətini davam etdirməlidir. Bu gün prezident İlham Əliyev də çıxışında bildirdi ki, diaspor sahəsində olan bütün umu-küsülərə son qoyulmalıdır. Hər kəs belə hesab edir ki, gələcəkdə daha sıx birləşib Azərbaycan diaspor işini daha da irəliyə aparmalıyq”.

Komitə sədri internet resurslarından istifadə etməklə diaspor işinin təkmilləşdirilməsi istiqamətində iş aparılacağını söyləyib: “Diaspor işində nöqsanlar var. Prezidentin göstərdiyi istiqamətlər üzrə fəaliyyətimizi davam etdirəcəyik. Nöqsanları tez bir zamanda aradan qaldıracağımıza da söz verdik. Kəmiyyətdən çox keyfiyyətə fikir vermək lazımdır. Yəni mövcud olan təşkilatların işini təkmilləşdirmək, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştiraklarını təmin etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR