Bank Of Baku

Əbülfəs Qarayev xaricdə yaşayan azərbaycanlıları Azərbaycana qarşı olan kampaniyalarla mübarizə aparmağa çağırıb

Əbülfəs Qarayev xaricdə yaşayan azərbaycanlıları Azərbaycana qarşı olan kampaniyalarla mübarizə aparmağa çağırıb
# 06 iyul 2011 09:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycan turizmin inkişaf etdirilməsində Azərbaycan diasporunun köməyindən istifadədə maraqlıdır.” APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Azərbaycanlılarının III Qurultayının ikinci iş günündəki çıxışında deyib. Nazir bildirib ki, Azərbaycan bu gün turizm sahəsini inkişaf etdirmək üçün müxtəlif tədbirlər həyata keçirir: “Bizim diasporumuzun turizm sahəsində ən böyük köməyi o ola bilər ki, bu sahədə Azərbaycanın təbliğatı ilə məşğul olsunlar”.

Nazir Azərbaycanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən 25-30 turizm sərgisinə qatıldığını deyib. Ə. Qarayev Azərbaycanın mədəniyyət sahəsində mühüm tədbirlər həyata keçirdiyini qeyd edərək bildirib ki, bu gün Azərbaycanın muğamı ilə yanaşı, aşıq musiqisi və Azərbaycan xalçası da UNESCO-nun Maddi Mədəniyyət İrsi siyahısına daxil edilib: “Bəzən xarici ölkələrdə Azərbaycan xalçaları başqa ad altında satılır. Mən xaricdə yaşayan azərbaycanlıları çağırıram ki, xarici ölkələrdə belə bir halla rastlaşanda bu xalçaların UNESCO tərəfindən tanınan Azərbaycan xalçası olduğunu deməyə, bununla bağlı məsələ qaldırmağa tam hüququnuz var”.

O, həmçinin xaricdə yaşayan azərbaycanlıları internetdə Azərbaycana qarşı olan kampaniyalarla mübarizə aparmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR