Bank Of Baku

Millət vəkili Dünya Azərbaycanlılarının III Qurultayında İranı terrorçu dövlət adlandırıb

Millət vəkili Dünya Azərbaycanlılarının III Qurultayında İranı terrorçu dövlət adlandırıb
# 06 iyul 2011 10:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sair Rüstəmxanlı Dünya Azərbaycanlılarının III Qurultayının ikinci iş günündə çıxışında deyib.

DAK həmsədri kimi dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqı adından danışdığını deyən S. Rüstəmxanlı İran dövlətinin orada yaşayan azərbaycanlılara qarşı siyasətini kəskin tənqid edib: “İran axıra kimi bu milləti əzəcək, biz də baxacağıq? DAK İsveçdə, Ukraynada, Rusiyada qeydiyyatdan keçib. Amma Azərbaycanda DAK-ı qeydiyyatdan keçirmirlər. Nə var ki, İran kimi terrorçu dövlətdən qorxuruq?”

DAK həmsədri tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanova da iradlarını bildirib. Millət vəkili xaricdə yaşayan azərbaycanlıların ana dilində təhsil almaları üçün Azərbaycanda təhsil telekanalının açılmasının, teletəhsil verilməsinin vacibliyini vurğulayıb. S. Rüstəmxanlı ölkə qanunvericiliyində Azərbaycanda təhsil almaq istəyən xaricdə yaşayan azərbaycanlılar üçün güzəştlərin tətbiq edilməsi barədə qeydin olmasını vacib saydığını da qeyd edib: “Burda farslar daha rahat təhsil alırlar, nəinki azərbaycanlılar...”

Millət vəkili çıxışında BMT-nin Miqrasiya Komitəsinin azərbaycanlılara normal münasibət bəsləmədiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR