Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycanın xaricdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da sıxlaşdırılacaq”

Nazim İbrahimov: “Azərbaycanın xaricdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da sıxlaşdırılacaq”
# 06 iyul 2011 11:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın xaricdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da sıxlaşdırılacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İsmayılov deyib. O bildirib ki, prezidentin iradları nəzərə alınaraq bu sahədə fəaliyyət təkmilləşdiriləcək: “Hesab edirəm ki, Xarici İşlər Nazirliyi və bizim komitəmiz səylərini birləşdirməklə diplomatik nümayəndəliklərlə diaspor təşkilatlarının birgə fəaliyyətini gücləndirəcək. Ümumiyyətlə, diaspor təşkilatları ilə Azərbaycanın bütün dövlət qurumları öz səylərini birləşdirməlidir”.

N. İbrahimov Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlının İranda yaşayan azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Cənubi Azərbaycandan çıxmış və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla işləyirik. Onların fəaliyyətini izləyirik. Təbii ki, biz dövlət olaraq İranın daxili işlərinə qarışa bilmərik. İran bizə dost ölkədir. Amma QHT-lər söylədikləri fikirlərdə, atdıqları addımlarda sərbəstdirlər”.

Komitə sədrinin sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılara Azərbaycanda dövlət hesabına pulsuz təhsil verilməsi ilə bağlı təklif də hökumətdə müzakirə oluna və qəbul edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR