Bank Of Baku

Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları ilə Azərbaycan hökumətinin üzvlərinin görüşü keçirilib

Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları ilə Azərbaycan hökumətinin üzvlərinin görüşü keçirilib
# 06 iyul 2011 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları ilə Azərbaycan hökumətinin üzvlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, toplantıda iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Ombudsman Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edib.

Görüşdə müvafiq hökumət strukturlarının rəhbərləri öz sahələrində Azərbaycanda həyata keçirilən tədbirlər barədə təqdimat xarakterli məruzələrlə çıxış ediblər. Daha sonra diaspor nümayəndələrinin, xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının təklifləri dinlənilib. Fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR