Bank Of Baku

Danimarka parlamentinin deputatı: “Ermənilər türk və Azərbaycan diasporu olmadığı dövrdə Avropanı öz yalanlarına inandıra biliblər”

Danimarka parlamentinin deputatı: “Ermənilər türk və Azərbaycan diasporu olmadığı dövrdə Avropanı öz yalanlarına inandıra biliblər”
# 07 iyul 2011 07:59 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Danimarka parlamentinin Sosial Demokrat Partiyasından olan üzvü, türk əsilli deputat Hüseyn Arac bildirib.

H. Aracın sözlərinə görə, bu gün artıq türk və Azərbaycan diasporu hərəkətə keçib və dünyada erməni yalanlarının, azərbaycanlıların üzləşdiyi problemlərin çatdırılmasına çalışır.

Danimarka parlamentinin üzvü qeyd edib ki, o, Azərbaycana səfəri və burada gördükləri barədə geri qayıtdıqda təmsil etdiyi partiyanı və parlamenti məlumatlandıracaq. O, bundan sonra Danimarka parlamentinin bir qrup deputatının Azərbaycanı tanıması üçün Bakıya səfərinin təşkilinə çalışacağını bildirib: «Mən geri qayıtdıqdan sonra türk və azərbaycanlı cəmiyyətlərinin iştirakı ilə bundan sonra hansı istiqamətlərdə fəaliyyət göstərəcəyimizi müzakirə edəcəm. Eyni zamanda fəaliyyət istiqamətlərimizi müəyyənləşdirib, birgə fəaliyyət qurmağa çalışacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR