Bank Of Baku

ABŞ-dakı erməni diasporu 1915-ci il hadisələrini gündəmə gətirmək üçün yeni kampaniyaya start verib

ABŞ-dakı erməni diasporu 1915-ci il hadisələrini gündəmə gətirmək üçün yeni kampaniyaya start verib
# 08 iyul 2011 10:10 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. ABŞ-dakı erməni diasporu 1915-ci il hadisələrini gündəmə gətirmək üçün yeni kampaniyaya start verib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, kampaniya “Türkiyənin ağız yumma siyasətinə son qoyulsun!” şüarı altında keçirilir. “Çox təəssüf ki, Türkiyə hədə-qorxu vasitəsilə bizim ölkənin – ABŞ-ın erməni soyqırımını tanımasına qadağa qoyub, hədə-qorxu gələrək bizim hamımızı gələcəkdə bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq üçün bu vəhşilikdən dərs almağa səsləyən qanunvericiliyə əngəl törədir”, - deyə ermənilər hökumət rəsmiləri, media və vətəndaş cəmiyyətinə ünvanladıqları məktublarında bildirirlər.

Azərbaycan diasporunun Merilenddəki üzvü Araz Kərimov isə bildirib ki, bu aksiyaya etiraz olaraq Azərbaycan və türk diaspor təşkilatları da kampaniyaya hazırlaşır. “ABŞ siyasətinə xarici maraqları cəlb edən biri varsa, o da erməni diasporudur”, - deyə A. Kərimov əlavə edib.

A. Kərimov bildirib ki, Azərbaycan və türk diasporları 1915-ci il hadisələrinin izahı ilə bağlı müvafiq qurumlara məktublar göndərəcək: “Bu, eləcə də Xocalı faciəsi ilə bağlı bir sıra nəşrlər yayda işıq üzü görəcək”.

Con Heffernin ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyinin iyulun 13-də Senatda müzakirə olunacağını xatırladan A. Kərimov Azərbaycan və türk diasporlarının bu məsələyə xüsusi diqqət yetirəcəyinin bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR